Xırdalan yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verdi

Xırdalan yaxınlığında ağır yol-nəqliyyat hadisəsi baş verdi

31 Oktyabr 2011 09:11
Bəyəndim (0) Bəyənmədim (0)
Sürücü hadisə yerində dünyasını dəyişdi

Bu gün gecə saat 03:35 radələrində Bakı-Sumqayıt yolunun Xırdalan dairəsi adlanan ərazisində ağır-yol nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi idarəsindən verilən məlumata görə, Sumqayıt şəhər sakini Qəhrəmanov Mürsəl Fariz oğlunun idarə etdiyi Vaz 2107 maşın Sumqayıt istiqamətindən sürətlə gələrkən idarəetməni itirərək aşıb. Hadisə nəticəsində sürücü dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.

Hədsiz sürət insanı tanımadığı ünvanlara apara bilir...

Hafiz Əhmədov

O.M.