Valyutadəyişmə məntəqəsinin sahibini öldürən əsgər hərbi hissədə həbs edildi

Valyutadəyişmə məntəqəsinin sahibini öldürən əsgər hərbi hissədə həbs edildi

28 Oktyabr 2011 17:00
Bəyəndim (0) Bəyənmədim (0)
O, 14 yaşlı yeniyetmə ilə əlbir olub

Sumqayıt Şəhər Polis İdarəsinin rəis müavini Azər Cahangirovun məlumatına görə, Azərbaycan Ordusunun Sumqayıtda valyutadəyişmə məntəqəsinin sahibini qətlə yetirməkdə təqsirləndirilən əsgəri həbs edilib. Belə ki, sentyabrın 20-də Sumqayıt şəhəri, 18-ci məhəllə, 36 saylı binada yaşayan, 45 yaşlı İlyas Vahabovu blokun qarşısında qətlə yetirməkdə təqsirləndirilən 18 yaşlı Anar Abilov bu gün xidmət etdiyi hərbi hissədə həbs edilərək Sumqayıt Şəhər Prokurorluğuna təhvil verilib. Hadisənin digər iştirakçısı, Bakı şəhər sakini, 14 yaşlı Vaqif Səlimbəyli iki gün əvvəl həbs edilib. Onlar İ. Vahabovu tamah məqsədi ilə öldürdüklərini etiraf ediblər. A.Abilov qətli törətdikdən bir müddət sonra hərbi xidmətə qayıdıb.

Qətlə yetirilən İ. Vahabov Bakının Binəqədi rayonu ərazisində fəaliyyət göstərən valyutadəyişmə məntəqələrindən birinin sahibidir.

Şeytanın yeganə adı nəfsdir...

Sərvər Aslanov

O.M.