VİDEO-Bakı-Sumqayıt yolunda avto-qəza baş verdi

VİDEO-Bakı-Sumqayıt yolunda avto-qəza baş verdi

27 Oktyabr 2011 23:16
Bəyəndim (0) Bəyənmədim (0)
Sürücü sərxoş idi

Bu dəqiqələrdə Bakı-Sumqayıt yolunun Ekoloji polis postu yaxınlığında LukoiL yanacaqdoldurma stansiyasının ərazisində də ağır yol-nəqliyyat hadisəsi baş verdi. Bakı istiqamətindən yüksək sürətlə hərəkət edən Mercedes markalı 90 LH 610 dövlət nişanlı avtomaşın idarəetməni itirərək dəmir ayırıcılara dəydi və bir neçə yüz metr ayırıcıları sındıraraq hərəkətinə davam etdi. Hadisə yolda tıxac yaranmasına səbəb oldu. Dövlət Yol Polisi əməkdaşları tərəfindən araşdırma aparılır. İlkin məlumata görə, hadisəyə səbəb sürücünün spirtli içki qəbul etməsi olub. Ölən və yaralanan yoxdur.

Bütün yollarda ayıq başla hərəkət etmək lazımdır. Həyat yolunda da həmçinin...

Murad Şahməmmədov

O.M.