Azərbaycanda 26 oktyabrın kriminal xronikası

Azərbaycanda 26 oktyabrın kriminal xronikası

27 Oktyabr 2011 12:00
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 39 cinayət faktı qeydə alınmışdır

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 39 cinayət faktı qeydə alınmış, onların da 16-ı "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 8 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.

2 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 3, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 16 nəfər tutulmuşdur.

Cəlilabad rayon sakini Əfqan Zamanovu bıçaqla qətlə yetirmiş Əmircan qəsəbə sakini Ramiz Mahmudov tutulmuşdur

26.10.2011

Oktyabrın 26-da Əmircan qəsəbəsində qəsəbə sakini Ramiz Mahmudov münaqişə zəminində Cəlilabad rayon sakini Əfqan Zamanovu bıçaqla qətlə yetirmişdir. Suraxanı RPİ-31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində R.Mahmudov tutulmuşdur.

Qohumu Vüsal Orucovu bıçaqla qətlə yetirmiş Tovuz rayonunun Düz Cırdaxan kəndində kənd sakini İlkin Sadıqov tutulmuşdur

26.10.2011

Oktyabrın 26-da Tovuz rayonunun Düz Cırdaxan kəndində kənd sakini İlkin Sadıqov münaqişə zəminində qohumu Vüsal Orucovu bıçaqla qətlə yetirmişdir.
Tovuz RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.Sadıqov tutulmuşdur.

Bakı şəhər sakini Elçin Məmmədhəsənov odlu silah satarkən tutulmuşdur

26.10.2011

DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nizami rayonu ərazisində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Məmmədhəsənov 1 ədəd nömrəsi silinmiş "Makarov" tipli tapançanı, 1 ədəd güllə darağını və 2 ədəd gülləni 1.000 dollara satarkən tutulmuşdur.

Sumqayıt şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

26.10.2011

Oktyabrın 26-da saat 08.00 radələrində Sumqayıt şəhəri 26-ci məhəllənin ərazisində şəhər sakini İlqar Süleymanov idarə etdiyi "OKA" markalı avtomaşınla Ofelya Əliyevanı vurmuşdur. Nəticədə O.Əliyeva hadisə yerində ölmüşdür.
Sumqayıt ŞPİ tərəfindən araşdırma aparılır.

Şəmkir rayonu ərazisində yol-nəqliyyat hadisəsi

26.10.2011

Oktyabrın 26-da saat 20.30 radələrində Şəmkir rayonu ərazisində rayon sakini Fazil Əliyev idarə etdiyi "VAZ-21074" markalı avtomaşınla İlham Rüstəmovu vurmuşdur. Nəticədə İ.Rüstəmov hadisə yerində ölmüşdür.
Şəmkir RPŞ tərəfindən araşdırma aparılır.

Bərdə rayonun Alpoud kənd sakini Ələddin Əsgərovun suda boğulmuş meyiti tapılmışdır

26.10.2011

Oktyabrın 26-da Qarabağ kanalının Ağcabədi rayonunun Qaravəlli kəndi ərazisindən keçən hissəsində Bərdə rayonun Alpoud kənd sakini Ələddin Əsgərovun üzərində zorakılıq əlamətləri görünməyən suda boğulmuş meyiti tapılmışdır. İlkin yoxlama prokurorluq tərəfindən aparılır.

İlyas Vahabovun ölümü ilə əlaqədar Masallı rayon sakini Vaqif Səlimbəyli saxlanılmış, Şamaxı rayon sakini Anar Əbilov isə müəyyən edilmişdir

26.10.2011

Sentyabrın 19-da İlyas Vahabova bıçaqla xəsarət yetirilməsi və sonradan onun xəstəxanada ölməsi barədə verilmiş məlumatla əlaqədar DİN Baş Cinayət-Axtarış İdarəsi və Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Masallı rayon sakini Vaqif Səlimbəyli saxlanılmış, Şamaxı rayon sakini Anar Əbilov isə müəyyən edilmişdir.

Oğurluqda şübhəli bilinən Ağdam rayon sakini Füzuli Allahverdiyev tutulmuşdur

26.10.2011

DİN Baş Cinayət-Axtarış İdarəsi və Bərdə RPŞ əməkdaşlarının keçirdikləri birgə əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 23-də Elyas Məmmədova məxsus 1 baş dananı oğurlamaqda şübhəli bilinən Ağdam rayon sakini Füzuli Allahverdiyev tutulmuşdur.

Oğurluq etməkdə şübhəli Lənkəran rayon sakinləri Mahir Şəfiyev və Asif Nəsirov tutulmuşlar

26.10.2011

Oktyabrın 26-da Nizami rayonu Naxçıvanski küçəsindəki mağazada Bakı şəhər sakini Fatma Qasımovaya məxsus 500 manat pul və mobil telefon naməlum şəraitdə oğurlanmışdır.
DİN-in Çevik Polis Alayı və Nizami RPİ 24-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli Lənkəran rayon sakinləri Mahir Şəfiyev və Asif Nəsirov tutulmuşlar.

Bakı şəhər sakini Elman Əliyev dərmandan zəhərlənmişdir

26.10.2011

Oktyabrın 25-də Bakı şəhər sakini Elman Əliyev evindən dərmandan zəhərlənmə diaqnozu ilə xəstəxanaya gətirilmiş, vəziyyəti ağırdır.

Füzuli rayon sakini Nərgiz Teymurova dəm qazından boğulmuşdur

26.10.2011

Oktyabrın 26-da Sumqayıt şəhəri 8-ci mikrorayonun ərazisindəki yeni tikilmiş evdə yaşayan Füzuli rayon sakini Nərgiz Teymurova dəm qazından boğulmuşdur.

Xaçmaz rayon sakinləri Yaşar Mənsimov və Ədalət Muradov dəm qazından zəhərlənmişlər

26.10.2011

Oktyabrın 26-da Sumqayıt şəhəri 39-cu məhəllənin ərazisindən Xaçmaz rayon sakinləri Yaşar Mənsimov və Ədalət Muradov dəm qazından zəhərlənmə diaqnozları ilə xəstəxanaya gətirilmişlər.

Füzuli rayon sakini Nərgiz Teymurova dəm qazından boğulmuşdur

26.10.2011

Oktyabrın 26-da Sumqayıt şəhəri 8-ci mikrorayonun ərazisindəki yeni tikilmiş evdə yaşayan Füzuli rayon sakini Nərgiz Teymurova dəm qazından boğulmuşdur.

Yol-nəqliyyat hadisəsi zamanı xəsarət almış Gəncə şəhər sakini Adil Yusifov ölmüşdür

26.10.2011

Oktyabrın 15-də Gəncə şəhəri ərazisində Göygöl rayon sakini Azad Abdullayev idarə etdiyi "Kamaz" markalı avtomaşınla Gəncə şəhər sakini Adil Yusifovu vurmuşdur. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilmiş A.Yusifov oktyabrın 26-da orada ölmüşdür.

Cinayət ilk növbədə törədənin azadlığına olan təcavüzdür...

Sərvər Aslanov

O.M.