
Əvəz Zeynallı məhkəmə icraçılarını məhkəməyə verdi
"Xural" qəzetinin bu gün yaydığı məlumata görə, baş redaktor Əvəz Zeynallı Nərimanov Rayon İcra Şöbəsinə qarşı 1 saylı Bakı inzibatı İqtisad Məhkəməsində qəzetin müsadirə edilmiş əmlakının geri qaytarılması ilə bağlı iddia qaldırıb. Buna səbəb 19 oktyabr 2011-ci il tarixində Nərimanov Rayon İcra Şöbəsinin əməkdaşlarının "Xural" qəzetinin texniki əmlakını müsadirə etməsidir. Belə ki, icraçılar Nərimanov Rayon Məhkəməsinin "Xural" qəzetinin əmlakının müsadirə edilməsi barədə qərarının qüvvəyə minməsini gözləmədən və icra vərəqi təqdim etmədən əmlakı müsadirə edib.
Ə.Zeynallı "Xural" qəzetinin əmlakının qanuni əsaslar olmadan müsadirə edildiyi üçün məhkəməyə müraciət etdiyini bildirdi: "Biz qanuni əsasları olmadan əmlakın müsadirə edilməsini, qəzetimizin bağlanması üçün görülən tədbirlərin qanunsuz hesab edilməsi və götürülmüş əmlakın geri qaytarılması barədə məhkəmə aktının qəbul edilməsini tələb edirik".
Qanun insanların ümumi mənəvi dəyərləri olmalıdır...
Hafiz Əhmədov
O.M.