
Azərbaycanda 25 oktyabrın kriminal xronikası
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, dünən gün ərzində 32 cinayət faktı qeydə alınmışdır
Goranboy rayonunda Kəlbəcər rayon sakini Z.Abdullayev ov tüfəngindən atəş açaraq özünü öldürmüşdür
25.10.2011
Oktyabrın 25-də saat 20.00 radələrində Goranboy rayonunun Qaraçinar kəndində Kəlbəcər rayon sakini Zahid Abdullayev ov tüfəngindən atəş açaraq özünü öldürmüşdür. Hadisə yerindən 1 ədəd ov tüfəngi götürülmüşdür.
Bayıl qəsəbəsi ərazisində saxlanılmış Bakı şəhər sakini D.Semyanovdan pnevmatik tapança götürülmüşdür
25.10.2011
Oktyabrın 24-də Səbail rayonunun Bayıl qəsəbəsi ərazisində Çevik Polis Alayının əməkdaşları tərəfindən Bakı şəhər sakini Dmitiriy Semyanov saxlanılmış və ondan 1 ədəd pnevmatik tapança götürülmüşdür. Sonrakı araşdırmalar aparılması üçün D.Semyanov Səbail RPİ 8-ci PB-nə təhvil verilmişdir.
Oktyabrın 24-də E.Məmmədovaya qarşı zor tətbiq edərək çantasını ondan almış Bakıxanov qəsəbə sakini İ.Vəliyev tutulmuşdur
25.10.2011
Sabunçu RPİ 12-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 24-də Elmira Məmmədovaya qarşı zor tətbiq edərək içərisində 300 manat, 10 min dollar pul və sənədlər olan çantasını ondan almış Bakıxanov qəsəbə sakini İlyas Vəliyev tutulmuşdur.
Oğurluq etdiyinə görə tutulmuş S.Rəhimovun quldurluq cinayəti törətməsi də müəyyən edilmişdir
25.10.2011
Oğurluq etdiyinə görə iyunun 10-da tutulmuş Samir Rəhimovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun iyunun 26-da İlqar Tarverdiyevdən quldurluq yolu ilə 250 manat pul və qızıl əşyalarını alması da müəyyən edilmişdir. Nəsimi RPİ tərəfindən əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Oktyabrın 24-də M.Rəfiyevin ölümü ilə nəticələnən YNH-ni törətmiş İmişli rayon sakini O.Çələbiyev tutulmuşdur
25.10.2011
Oktyabrın 24-də Məhəmməd Rəfiyevin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş İmişli rayon sakini Orxan Çələbiyev Nizami RPİ 24-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulmuşdur.
Oktyabrın 8-də Tovuz rayon sakini N.Məmmədovanın evindən qızıl əşyalarını oğurlamış rayon sakinləri E.Qəhrəmanov və E.Qasımov tutulmuşlar
25.10.2011
Tovuz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 8-də Nəzakət Məmmədovanın evindən 3 min 350 manat dəyərində qızıl əşyalarını oğurlamış rayon sakinləri Emin Qəhrəmanov və Elçin Qasımov tutulmuşlar.
Sumqayıt şəhər sakini G.Quliyeva dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir
25.10.2011
Oktyabrın 25-də Sumqayıt şəhərinin H.Z.Tağıyev qəsəbəsində yaşayan Gülnarə Quliyeva evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmiş, vəziyyəti qənaətbəxşdir.
Qanun pozulan yerdə cinayət qanunları fəaliyyətə başlayır...
Sərvər Aslanov
O.M.