Məhkəmə 2 arvadı olan azərbaycanlını Rusiya vətəndaşlığından çıxardı

Məhkəmə 2 arvadı olan azərbaycanlını Rusiya vətəndaşlığından çıxardı

25 Oktyabr 2011 18:33
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Federal Miqrasiya Xidmətinin Krasnodar vilayəti üzrə nümayəndəliyinin iddia tələbi əsasında Rusiya vətəndaşlığı alarkən saxta sənədlər təqdim etmiş İbrahim Əliyevin vətəndaşlığına son verildi. "Вести.аз" saytının məlumatına görə, hələ 1997-ci ildə Rusiya vətəndaşı Yeysk şəhər sakini B.Valentina arasında nikah bağlanmışdı. Bu zaman o, Azərbaycanda rəsmi nikahda olduğunu bildirməmişdi. Həmin ilin oktyabr ayında RF-nin "Rusiya Federasiyası vətəndaşlığı haqda qanununa" görə, İ.Əliyev Rusiya vətəndaşlığını ala bildi.

Lakin illər sonra rusiyalı qadının Rusiya Federal Miqrasiya Xidmətinə şikayəti əsasında məsələyə məhkəmə səviyyəsində yenidən baxıldı. Nəticədə, İbrahim Əliyev Rusiya vətəndaşlığından çıxarıldı.

Bu da növbəti həmvətənimizin Rusiya sərgüzəşti...

Hafiz Əhmədov

O.M.