
Azərbaycanda 9 ay ərzində İnsan Alverindən 12 min şikayət daxil olub
Bu ilin 9 ayı ərzində Azərbaycanda keçirilmiş əməliyyat-profilaktik tədbirləri nəticəsində insan alveri ilə bağlı 70 fakt qeydə alınıb, 4 cinayətkar qrup zərərsizləşdirilib. Bu barədə İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun parlamentə təqdim etdiyi məlumatda bildirilib.
Keçirilmiş əməliyyat nəticəsində həmin cinayətləri
törətmiş 17 nəfər saxlanılıb, insan alverinin qurbanı olan 27 nəfər müəyyən
olunub. Bu növ hüquqazidd əməllərə görə beynəlxalq axtarışa elan edilmiş
şəxslərdən 3 nəfər İnterpol xətti ilə tutularaq istintaq orqanlarına təhvil
verilib. Hazırda 17 nəfərin axtarışı davam etdirilir. Hesabat dövründə "Qaynar
xətt" telefon xidmətinə insan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici
ölkələrdə işə düzəltmə, təhsil, əcnəbilərlə nikahdan ortaya çıxan problemlərlə
bağlı 12 minə yaxın zəng daxil olub.
Araşdırmalar göstərir ki, Azərbaycan müvafiq qurbanlar
üçün əsasən mənbə ölkəsidir. İnsan alveri qurbanlarından 17 nəfəri Türkiyəyə, 5
nəfəri İrana, 2 nəfəri BƏƏ-nə, daha 2 nəfəri Rusiyaya aparılıb. Müəyyən edilmiş
27 qurbandan 3-ü təhsilsiz, 3-ü natamam orta, 21-i orta təhsillidir. İstismara
qalan qurbanlardan 14-ü 25-35 yaş həddində, 25-i subay olub. Bu müddətdə insan
alverinin 18 qurbanı öz arzusu ilə təhlükəsiz sığınacağa yerləşdirilib.
Kapitalizm quldarlıq quruluşunun nəvəsidir...
Sərvər Aslanov
O.M.