Azərbaycanda 23 oktyabrın kriminal xronikası

Azərbaycanda 23 oktyabrın kriminal xronikası

24 Oktyabr 2011 12:03
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 36 cinayət hadisəsi baş verib

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 36 cinayət faktı qeydə alınmış, onların da 16-ı "isti izlər"lə açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 2 nəfər isə yaralanmışdır.

10 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 11 nəfər tutulmuşdur.

Xəzər rayonu ərazisində Bakı şəhər sakini Ş.İsmayılov avtomaşını idarə edərkən həmyerlisi K.Zeynalovanı vurmuşdur

23.10.2011

Oktyabrın 23-də saat 17.00 radələrində Xəzər rayonunun Binə qəsəbəsi ərazisində şəhər sakini Şakir İsmayılov "Mercedes Sprinter" markalı avtomaşını idarə edərkən həmyerlisi Kənarə Zeynalovanı vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Goranboy rayonu ərazisində "QAZ-24" və "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur

23.10.2011

Oktyabrın 23-də saat 18.10 radələrində Goranboy rayonu ərazisində Ağdam rayon sakini Cavanşir Əhmədovun idarə etdiyi "QAZ-24" markalı və Göygöl rayon sakini Arif Məhərrəmovun idarə etdiyi "KamAZ" markalı avtomaşınlar toqquşmuşdur. C.Əhmədov hadisə yerində ölmüşdür.

Oktyabrın 5-də itkin düşmüş Şəmkir rayon sakini G.Həsənovanın meyiti Şəmkir çayında tapılmışdır

23.10.2011

Oktyabrın 5-də itkin düşmüş Şəmkir rayonunun Keçili kənd sakini, ruhi xəstə Gülafət Həsənovanın üzərində zorakılıq əlamətləri görünməyən meyiti kəndin ərazisindən keçən Şəmkir çayında tapılmışdır.

Bakı şəhər sakini E.Nəbiyevin cibindən pulun Şərur rayon sakini İ.Muradov tərəfindən oğurlanması müəyyən edilmişdir

23.10.2011

Oktyabrın 22-də "Həsənoğlu" turizm şirkətinə məxsus "Mercedes" markalı avtobusda sürücü köməkçisi işləyən Bakı şəhər sakini Emin Nəbiyevin cibindən 12.500 dollar pul oğurlanmışdır. Kəpəz RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin Şərur rayon sakini İlqar Muradov tərəfindən törədilməsi müəyyən edilmişdir.

Oktyabrın 20-də Ə.Məmmədovanın cibindən oğurluq etmiş Mingəçevir şəhər sakini Z.Həsənov tutulmuşdur

23.10.2011

Şəki RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 20-də Əzizə Məmmədovanın cibindən oğurluq etmiş Mingəçevir şəhər sakini Zaur Həsənov tutulmuşdur.

Bakı şəhər sakini R.Sultanovun özünü Vergilər Nazirliyinin əməkdaşı kimi təqdim edərək Yasamal rayon sakini N.Məhərrəmovadan pul tələb etməsi ilə bağlı araşdırmalar aparılır

23.10.2011

Oktyabrın 22-də Bakı şəhər sakini Rauf Sultanov Yasamal rayonu ərazisində yaşayan Nəzakət Məhərrəmovanın mənzilinə gəlib özünü Vergilər Nazirliyinin əməkdaşı kimi təqdim edərək (saxta vəsiqə göstərib) 2000 manat pul tələb etmiş, bu zaman N.Məhərrəmova səs-küy saldıqda isə o, hadisə yerindən qaçmışdır. Araşdırmalar aparılır.

Cinayət ilk növbədə törədənin azadlığına olan təcavüzdür...

Sərvər Aslanov

O.M.