
Ucar RPİ-nin rəis müavininin oğlu avtomobil qəzasında ölüb
Maşın kollektora düşüb
Azərbaycanın Ucar rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Rayon sakini, 1990-cı il təvəllüdlü İsayev Rəfael Eyvaz oğlunun idarə etdiyi 90 GX 915 dövlət nömrə nişanlı "VAZ -21015" markalı avtomobil Şilyan kəndi ərazisində Baş Şirvan kollektoruna düşüb. Nəticədə Rəfael İsayev hadisə yerində dünyasını dəyişib. Məlumata görə, mərhum Ucar rayon Polis Şöbəsinin rəis müavini Eyvaz İsayevin oğludur.
Ehtiyat ən etibarlı sığortadır...
Sərvər Aslanov
O.M.
Digər xəbərlər