
Şamaxı rayon Polis Şöbəsinin binasının şüşələri sındırılıb
Saxlanılan şəxsin qardaşı Koroğlunun abidəsini zədələyib
Azərbaycanın Şamaxı rayon sakini Polis Şöbəsinin binasının şüşələri sındırılıb. Hadisə 1987-ci il təvəllüdlü rayon sakini Təbriz İsmayıloğlu tərəfindən törədilib. Polis Şöbəsindən bildirilib ki, T.İsmayıloğlu sərxoş vəziyyətdə Polis Şöbəsinə gələrək, dəmir alətlə növbətçi hissənin şüşələrini qırıb. O dərhal saxlanılıb. Onun əvvəllər də məhkum edildiyi bildirilib. Faktla bağlı araşdırma aparılır. Məlumata görə, bir neçə gün əvvəl T. İsmayıloğlunun qardaşı Mikayıl İsmayıloğlu rayonda Koroğlunun abidəsini zədələyib.
Ziyanverici həşərat olmaqdansa yaradıcı insan olmaq şərəflidir...
Sərvər Aslanov
O.M.
Digər xəbərlər