Azərbaycanda 21 oktyabrın kriminal xronikası

Azərbaycanda 21 oktyabrın kriminal xronikası

22 Oktyabr 2011 11:58
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 44 cinayət hadisəsi baş verib

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, dünən gün ərzində 44 cinayət faktı qeydə alınmışdır

21.10.2011

Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 44 cinayət faktı qeydə alınmış, onların da 20-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 2 nəfər ölmüş, 4 nəfər isə yaralanmışdır.

5 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 4 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 40 nəfər tutulmuşdur.

Yevlax rayonunda münaqişə zəminində rayon sakini S.Məhərrəmova bıçaqla xəsarət yetirmiş həmyerlisi T.Mirzəyev tutulmuşdur.

21.10.2011

Oktyabrın 20-də saat 23.00 radələrində Yevlax rayonundakı Dəmiryolu Vağzalının yaxınlığında, rayon sakini Teymur Mirzəyev münaqişə zəminində Aeroport qəsəbə sakini Səbuhi Məhərrəmova bıçaqla xəsarət yetirmişdir. Yevlax RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Mirzəyev tutulmuşdur.

Xətai rayonu ərazisində sərnişin avtobusunun sürücüsünə qarşı quldurluq etmiş şəxs tutulmuşdur

21.10.2011

Oktyabrın 21-də saat 22.00 radələrində Xətai rayonu ərazisində naməlum şəxs "Daewoo" markalı 346 saylı xətt avtobusunun sürücüsü Valeh Abdullayevi bıçaqla hədələyərək, ondan 20 manat pul almışdır. Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri hadisəni törətmiş şəhər sakini Emin Əmirəliyev tutulmuşdur.

Suraxanı rayonu ərazisindən Bakı şəhər sakini M.Orucova məxsus avtomaşını qaçırmış Qızıldaş qəsəbə sakini S.İsmayılov tutulmuşdur

21.10.2011

Oktyabrın 20-də saat 22.00 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisindən şəhər sakini Mansur Orucova məxsus "Mercedes" markalı avtomaşın qaçırılmışdır. Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Qızıldaş qəsəbə sakini Sübhan İsmayılov tutulmuşdur.

Ucar rayonunun Qarabörk kəndi ərazisində yol-nəqliyyat hadisəsi

21.10.2011

Oktyabrın 21-də saat 18.00 radələrində Ucar rayonunun Qarabörk kəndi ərazisində Zərdab şəhər sakini Teymur Əhmədovun idarə etdiyi "Mercedes" markalı və Ağcabədi şəhər sakini Elşən Məmmədovun idarə etdiyi "Mercedes" markalı avtomaşınlar toqquşmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş E.Məmmədov orada ölmüşdür.

Biləsuvar rayonu ərazisində rayon sakini Ş.Qurbanov avtomaşını idarə edərkən həmyerlisi Q.Cəfərovanı vurmuşdur

21.10.2011

Oktyabrın 21-də saat 21.45 radələrində Biləsuvar rayonunun Yuxarı Güləli kəndi ərazisində Ağalıkənd kənd sakini Şirindil Qurbanov "VAZ-2107" markalı avtomaşını idarə edərkən kənd sakini Qəndilə Cəfərovanı vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş piyada orada ölmüşdür.

Aprelin 30-da S.İbrahimovanın mənzilindən pul və qızıl əşyalarını oğurlamış Abşeron rayon sakini Q.Babayeva tutulmuşdur

21.10.2011

Səbail RPİ 39-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 30-da Səidə İbrahimovanın mənzilindən 15 min 850 manat pul və qızıl əşyalarını oğurlamış Abşeron rayon sakini Qalina Babayeva tutulmuşdur.

Oğurluq etdiyi üçün tutulmuş D.Qasımovun iki mağazadan oğurluq etməsi də müəyyən edilmişdir

21.10.2011

Oğurluq etdiyi üçün sentyabrın 29-da tutulmuş Dural Qasımovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Ağasəf Eyvazova məxsus mağazadan 1065 manat pul və danışıq kartları və Ramil Əsədova məxsus mağazadan 1 ədəd kompüter və 8 ədəd mobil telefon oğurlaması da Nəsimi RPİ 21-ci PB əməkdaşları tərəfindən müəyyən edilmişdir.

Oktyabrın 18-də O.Əliyevlə birgə soyğunçuluq etmiş digər şəxs də tutulmuşdur

21.10.2011

Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də Orxan Əliyevlə birgə soyğunçuluq etmiş digər şəxs Bakı şəhər sakini Cəmil Parlanov tutulmuşdur. Ətraflarında aparılmış əməliyyat tədbirləri nəticəsində onların oktyabrın 15-də və 16-da şəhər sakinləri Azər Yaqubovun və Fəxri Hüseynovun ümumilikdə 100 manat pullarını açıq yolla talamaları da müəyyən edilmişdir.

Xətai rayon sakini İ.Camalovun evindən qızıl əşyalarını oğurlamış Bakı şəhər sakinləri S.Soltanov və N.Yusifov tutulmuşlar

21.10.2011

Oktyabrın 20-dən 21-dək olan müddət ərzində Xətai rayonu ərazisində yaşayan İqbal Camalovun evindən pəncərədən girmək yolu ilə qızıl əşyaları oğurlanmışdır. Xətai RPİ 36-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakinləri Samir Soltanov və Natiq Yusifov tutulmuşlar.

Oktyabrın 20-də piyadanın ölümü ilə nəticələnən YNH törətmiş sürücü E.Məmmədtağıyev Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən tutulmuşdur

21.10.2011

Şəmkir RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 20-də Nicat Mehdiyevin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş "Hyundai Santafe" markalı avtomaşının sürücüsü Şəmkir şəhər sakini Elşən Məmmədtağıyev tutulmuşdur.

Saatlı şəhər sakini E.Nərimanov narkotik vasitə satdığına görə tutulmuşdur

21.10.2011

Oktyabrın 19-da İmişli RPŞ əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulmuş Hasil Əsədovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun narkotik vasitəni Saatlı şəhər sakini Etibar Nərimanovdan alması müəyyən edilmişdir. E.Nərimanov tutulmuş, evinə baxış zamanı oradan 3 kiloqram 106,6 qram marixuana aşkar edilərək götürülmüşdür.

Xəzər rayonu ərazisindəki baş evində təmir işləri aparan İmişli rayon sakini T.Yusifov yıxılması nəticəsində aldığı xəsarətdən ölmüşdür

21.10.2011

Oktyabrın 21-də Xəzər rayonunun Şağan qəsəbəsində şəhər sakini Akif Cəfərova məxsus bağ evində təmir işləri aparan İmişli rayon sakini Teymur Yusifov ehtiyatsızlığı nəticəsində yıxılmış və aldığı xəsarətdən xəstəxanada ölmüşdür.

Səbail rayonundakı Milli parkda intihara cəhdin qarşısı alınmışdır

21.10.2011

Oktyabrın 21-də Səbail rayonundakı Milli parkda Quba rayon sakini Nurlan Bayramov intihar məqsədilə özünü dənizə atmaq istəyərkən orada olan vətəndaşlar tərəfindən onun bu hərəkətinin qarşısı alınmışdır.

Oktyabrın 10-da Abşeron rayonu ərazisində R.Annenkonun idarə etdiyi avtomaşınla vurulmuş Ş.Balakişiyeva aldığı xəsarətdən oktyabrın 21-də xəstəxanada ölmüşdür

21.10.2011

Oktyabrın 10-da saat 11.00 radələrində Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Ruslan Annenko "VAZ-21124" markalı avtomaşını idarə edərkən Saray qəsəbə sakini Şəfiqə Balakişiyevanı vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş zərərçəkən oktyabrın 21-də orada ölmüşdür.

İnsan nəyisə itirdikdən sonra onun qədrini bilir, azadlığının da həmçinin. Elə isə başqasının haqqını tapdalamağa dəyərmi?..

Sərvər Aslanov

O.M.