Moskva bazarında azərbaycanlıları güllə-barana tutdular

Moskva bazarında azərbaycanlıları güllə-barana tutdular

21 Oktyabr 2011 18:15
Bəyəndim (0) Bəyənmədim (0)
370 şübhəli şəxs gözaltına alınıb

17 oktyabr tarixində Moskvanın "Sadovod" bazarında qafqazlıların atışması nəticəsində 4 nəfər yaralanmışdı. Hadisədən sonra 200 OMON bazarda reyd keçirdi. Nəticədə 370 nəfər şübhəli şəxs qismində yaxalandı. 3 hektarlıq ərazinin bütün ticarət obyektləri bir-bir yoxlandı. İnterfax.ru xəbər agentliyinin məlumatına görə, atışmada əsasən azərbaycanlılar iştirak etmişdilər. Səbəb müştərinin tələbi ilə mobil telefonun qiymətinə endirim edilməsinə etiraz zamanı yaranmış insident olmuşdu. Hadisə zamanı 3 azərbaycanlı, 1 əfqan xəsarət aldı.

İstintaq araşdırma tədbiri nəticəsində 26 yaşlı Dağıstan sakini travmatik silah və 2 maqazinlə ələ keçdi. Faktla bağlı RF.C.M-nin 213-cü maddəsinin (xuliqanlıq) 2-ci bəndi üzrə cinayət işi açılıb.

Minlərlə azərbaycanlı çörəkpulu qazanmaq niyyəti ilə Rusiyada çalışır. Sözün əsl mənasında, həm işləyir, həm də yaşamağa çalışır...

Hafiz Əhmədov

O.M.