VİDEO-Bakıda sürücü qarşı yola çıxaraq qəza törətdi

VİDEO-Bakıda sürücü qarşı yola çıxaraq qəza törətdi

21 Oktyabr 2011 15:40
Bəyəndim (0) Bəyənmədim (0)
Sürücü qadın hadisə yerində özündən getdi

Bu dəqiqələrdə 90-ME-804 dövlət nömrə nişanlı Nissan "Sunny" markalı avtomobil Mətbuat prospektində qarşı tərəfin yoluna girərək yüksək sürətlə hərəkət edən zaman qarşıdan gələn "Opel" markalı avtomobillə toqquşmuş və idarəetməni itirərək ayırıcı səddi adlamaqla qarşı zolağa çıxmışdır. Qəza zamanı Nissan "Sunny" avtomobilinin qadın sürücüsü bayılaraq, təcili yardım xəstəxanasına çatdırılmışdır. Faktla bağlı araşdırma aparılır.

Maşının vəziyyətindən bəlli olur ki, o, təzəlikcə avtomobil qəzası keçirib.

Başqasının yoluna çıxmaq hər zaman təhlükəlidir...

Murad Şahməmmədov

O.M.