
Hakimin həyat yoldaşını öldürən şəxsin apellyasiya şikayətinə baxılacaq
Bakı Apellyasiya Məhkəməsində Ali Məhkəmənin hakimi Tapdıq Mahmudovun həyat yoldaşını qətlə yetirməkdə təqsirləndirilən Xalidə Əhmədovanın apellyasiya şikayəti əsasında məhkəmənin ilkin baxış iclası keçirilib. Prosesinin baxış iclası oktyabrın 27-nə təyin olunub. Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X. Əhmədova 15 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisə 2010-cu il oktyabrın 15-də, saat 13:00 radələrində
Bakı şəhəri, Çobanzadə küçəsi, 47 saylı binanın 30-cu mənzilində baş verib.
Həmin ünvanda yaşayan, 1971-ci il təvəllüdlü Natəvan Həmid qızı Mahmudovanın
üzərində zorakılıqla öldürülməyə xas əlamətləri olan meyiti aşkar edilib. Hadisədən
dərhal sonra Bakı Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah
məqsədi ilə qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İş üzrə keçirilmiş məhkəmə-tibbi ekspertizasının ilkin
rəyinə görə, mərhum Natəvan Mahmudovanın bədəninin üz-çənə və digər
nahiyələrində qançırlar aşkarlanıb, onun ölümünə səbəbin isə ağız və burun
dəliklərinin yumşaq əşya ilə qapanması nəticəsində boğulma olması müəyyən
edilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni
törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü
Xalidə Balabəy qızı Əhmədova tutularaq istintaqa təqdim edilib. Onun yaşadığı
ünvanda aparılmış axtarış zamanı Natəvan Mahmudovaya məxsus şəxsiyyət vəsiqəsi,
bank kartları, mərhumun mənzilindən qarət etdiyi qızıl-zinət əşyaları və nağd
pul aşkar edilərək götürülüb.
Başqasını həyatdan məhrum edən azadlığından məhrum olar...
Sərvər Aslanov
O.M.