Azərbaycanda 20 oktyabrın kriminal xronikası

Azərbaycanda 20 oktyabrın kriminal xronikası

21 Oktyabr 2011 12:06
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 51 cinayət hadisəsi baş verib

20.10.2011

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 51 cinayət faktı qeydə alınmış, onların da 22-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 3 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 13 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 6 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 5 nəfər isə yaralanmışdır.

4 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 33 nəfər tutulmuşdur.

Qaradağ rayonu ərazisində Lökbatan qəsəbə sakini A.Babayev avtomaşını idarə edərkən onu aşırmışdır

Oktyabrın 20-də saat 13.30 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisindəki daş karxanasında Lökbatan qəsəbə sakini Abuzər Babayev "KamAZ" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişin Mahir Balakişiyev hadisə yerində ölmüşdür.

Sumqayıt şəhəri ərazisində Siyəzən rayon sakini A.Həsənov avtomaşını idarə edərkən 20-25 yaşlı oğlanı vurmuşdur

Oktyabrın 20-də saat 20.50 radələrində Sumqayıt şəhəri ərazisində Siyəzən rayon sakini Asif Həsənov "VAZ-21099" markalı avtomaşını idarə edərkən 20-25 yaşlı oğlanı vurmuşdur. Nəticədə piyada hadisə yerində ölmüşdür.

Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində Şəmkir şəhər sakini V.Qocayev avtomaşını idarə edərkən Z.Əliyevi vurmuşdur

Oktyabrın 20-də saat 19.45 radələrində Şəmkir rayonunun Zəyəm qəsəbəsi ərazisində Şəmkir şəhər sakini Vüsal Qocayev "VAZ-21214" markalı avtomaşını idarə edərkən Zamiq Əliyevi vurmuşdur. Zamiq hadisə yerində ölmüşdür.

Bakının Nizami rayonu ərazisində yaşayan E.Paşayevə məxsus mağazadan oğurluğa cəhd göstərmiş şəxslər tutulmuşlar

Oktyabrın 21-də Nizami rayonu ərazisində yaşayan Elmar Paşayevə məxsus mağazadan qapının qıfılını sındırmaq yolu ilə oğurluğa cəhd göstərmiş Əmircan qəsəbə sakinləri Tərlan Rəhimov və Sərvan Əjdərli Baş Mühafizə İdarəsinin və Nizami RPİ-nin əməkdaşları tərəfindən tutulmuş və Nizami RPİ 25-ci PB-nə təhvil verilmişlər.

Şəmkir rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Göygöl rayon sakini N.Mehdiyev vurulmuşdur

Oktyabrın 20-də saat 23.30 radələrində Şəmkir rayonunun İpək Yolu qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla Göygöl rayon sakini Nicat Mehdiyev vurulmuşdur. N.Mehdiyev hadisə yerində ölmüşdür.

Oktyabrın 2-də E.Rüstəmovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətmiş sürücü saxlanılmışdır

Binəqədi RPİ 5-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 2-də Elvin Rüstəmovun ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəni törətmiş "CHERRY" markalı avtomaşının sürücüsü, Tovuz rayon sakini Anar Cəfərov saxlanılmışdır.

Sentyabrın 7-də R.İsgəndərova məxsus mağazadan pul oğurlamış Tərtər rayon sakini E.Nuriyev tutulmuşdur

Qaradağ RPİ 10-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 7-də Rafiq İsgəndərova məxsus mağazadan 450 manat pul oğurlamış Tərtər rayon sakini Elgiz Nuriyev tutulmuşdur.

Avqustun 8-də T.Nəbiyevə məxsus avtomaşını qaçırmış Bərdə rayon sakini A.Məmmədov tutulmuşdur

Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 8-də Tahir Nəbiyevə məxsus "VAZ-2105" markalı avtomaşını qaçırmış Bərdə rayon sakini Azər Məmmədov tutulmuş, avtomaşın isə sahibinə qaytarılmışdır.

Dələduzluq etdiyinə görə tutulmuş N.Ağayevanın İmişli rayon sakini M.Quliyevin oğlunun etimadını qazanaraq ondan 4000 manat pul alması da müəyyən edilmişdir

Dələduzluq etdiyinə görə avqustun 9-da Nəsimi RPİ 19-cu PB-nin əməkdaşları tərəfindən tutulmuş Nazilə Ağayevanın ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun 2010-cu ilin sentyabr ayında İmişli rayon sakini Mübariz Quliyevin oğlunun etimadını qazanaraq 4000 manat pul alması da müəyyən edilmişdir.

Bakı şəhər sakini M.Əliyevə məxsus avtomaşının çənindən yanacağını oğlurlamağa cəhd göstərmiş M.Mirsultanov tutulmuşdur

Nizami RPİ 23-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində oktyabrın 20-nə keçən gecə Bakı şəhər sakini Mehman Əliyevə məxsus "İveko" markalı avtomaşının çənindən 150 litr dizel yanacağını oğurlamağa cəhd göstərmiş Mirəli Mirsultanov tutulmuşdur.

Bərdə rayon sakini S.Səlimova məxsus inəkləri oğurlamış bir qrup Tərtər rayon sakini tutulmuşdur

Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da Səlim Səlimova məxsus 2 inəyi oğurlamış Tərtər rayon sakinləri Vüqar Mirzəyev, Sənan Əzizov və onun qardaşı Tural tutulmuşlar.

Qanun onu tanıyanların dostudur...

Sərvər Aslanov

O.M.