"1001 kriminal" qəzetinə qarşı 50 min manatlıq iddia təmin olunmadı

"1001 kriminal" qəzetinə qarşı 50 min manatlıq iddia təmin olunmadı

21 Oktyabr 2011 12:37
Bəyəndim (0) Bəyənmədim (0)
Redaktor: "Onlar narkobaron sözünün mənasını bilmirdilər"

Dünən Yasamal rayon məhkəməsində Şirvan şəhər sakini Meymənət Rzaquliyevanın "1001 Kriminal" qəzeti və onun redaktoru Aqil Hüseynov barədə qaldırdığı "mənəvi zərərin təzminatı" iddiası üzrə işə məhkəmə baxışı keçirildi. Hər iki tərəfi və onların müvəkkillərini dinləyən məhkəmə heyəti yekun qərar qəbul etdi. Hakim Elçin Qurbanovun sədrliyi ilə keçən məhkəmənin qərarına əsasən vətəndaş Rzaquliyevanın iddiası əsassız hesab edilərək, təmin olunmadı.

Xatırladaq ki, şikayətçi tərəf qəzet səhifələrində mərhum qohumlarının "Narkobaron" adlandırılması ilə razı deyildi. Qarşı tərəf isə 15 yanvar 2011-ci ildə "Kriminal sevgi macərasının acı sonluğu" başlıqlı yazının ittiham aktına əsasən qələmə alındığını, bu zaman mətnə heç bir dəyişiklik edilmədiyini bildirdi. Redaktor Aqil Hüseynov onu da əlavə etdi ki, həmin ittiham aktına əsasən təkcə "1001 kriminal" qəzetində deyil, bir neçə mətbu orqanında analoji mətn oxuculara təqdim olunmuşdu.

"1001 kriminal" qəzeti bütün kriminal hadisələrə yox deyir...

İnarə Rafiqqızı

O.M.