Maştağa sakini arvadını öldürdükdən sonra intihar edib

Maştağa sakini arvadını öldürdükdən sonra intihar edib

21 Oktyabr 2011 10:02
Bəyəndim (0) Bəyənmədim (0)
Gənc bir ailənin dramı

Sabunçu Rayon Prokurorluğundan verilən məlumata görə, ötən gecə Maştağa qəsəbəsində ailə münaqişəsi zəminində ağır cinayət hadisəsi baş verib. Belə ki, qəsəbə sakini, 1980-ci il təvəllüdlü Nizami Nazim oğlu Həsənov həyat yoldaşı, 1991-ci il təvəllüdlü Rübabə Dadaş qızı Həsənovanı bıçaqlayaraq qətlə yetirib. N. Həsənov hadisəni törətdikdən sonra intihar edib. Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Bir daha görünür ki, ailə qurmazdan əvvəl yüz ölçüb bir biçmək lazımdır...

Hafiz Əhmədov

O.M.