
Azərbaycanlı dünya çempionunun ermənini öldürməsinin səbəbi aydın oldu
Uşu-sanda üzrə ikiqat dünya çempionu, Azərbaycan yığmasının sabiq məşqçisi Canpolad Budaqovun həbsinin təfərrüatları məlum olub. Canpolad Budaqovun qardaşı Elman Budaqovun ANS PRESS-ə verdiyi məlumata görə, çempion erməni polis işçisi Samvel Mehrabovu özünü qorumaq məqsədilə öldürüb.
Elman Budaqovun sözlərinə görə, hadisə heç də
Rusiya mətbuatında yer aldığı ssenari ilə baş verməyib. Belə ki, Canpolad
Budaqov avqustun 1-də 4-5 dostu ilə birlikdə Rusiyanın Samara şəhərində
"Vodopad" kafesinə gəlib. Canpolad əyninə üzərində Azərbaycan yazısı olan
köynək geyinib. Canpolad Budaqovun qardaşının sözlərinə görə, bu amil
kafedə olan Samvel Mehrabov və daha 60 ermənini qıcıqlandırıb. Bundan sonra
kafedə olan 4-5 azərbaycanlı ilə 60-a yaxın erməni arasında milli münaqişə
zəminində dava düşüb. Canpolad Budaqov isə özünü qorumaq məqsədilə bıçağa əl
atmalı olub. Elman Budaqov hazırda Canpolad Budaqovun vəkilinə Rusiyada erməni
diasporu tərəfindən təzyiqlər edildiyini də bildirib. Sonda Elman Budaqov lazım
gələrsə, mətbuat konfransı keçirərək bütün suallara aydınlıq gətirməyə hazır
olduğunu vurğulayıb.
Xatırladaq ki, dünən Rusiya mətbuatı, uşu-sanda
üzrə ikiqat dünya çempionu olan azərbaycanlı Canpolad Budaqovun polisi
öldürməsi ilə bağlı yanlış məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, guya
erməni polis qohumları ilə birgə atasının yubileyini qeyd edirmiş. Bu vaxt
başqa masada oturan azərbaycanlılar arasında dava düşüb. Nəticədə erməni polis
onları ayırmaq istəyərkən azərbaycanlı idmançı Samveli bıçaqlayıb.
Elimizdə belə bir məsəl var, çox vaxt təqsir öləndə olur...
Hafiz Əhmədov
O.M.