Azərbaycanda 19 oktyabrın kriminal xronikası

Azərbaycanda 19 oktyabrın kriminal xronikası

20 Oktyabr 2011 12:11
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 59 cinayət hadisəsi baş verib

19 oktyabr 2011

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 59 cinayət faktı qeydə alınmış, onların da 25-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 2 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 5 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 12 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 8 nəfər ölmüş, 14 nəfər isə yaralanmışdır.

5 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 3 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 17 nəfər tutulmuşdur.

Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi

19.10.2011

Oktyabrın 19-da saat 16.00 radələrində Şəmkir rayonunun Kür qəsəbəsi ərazisində Təzəkənd kənd sakini Anar Nəcəfov "Hyundai Santa FE" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə sərnişin Rauf Hüseynov hadisə yerində ölmüş, xəsarət almış sürücü və digər sərnişini Elçin Nəcəfov isə xəstəxanaya yerləşdirilmişlər. Sürücü orada ölmüş, sərnişinin vəziyyəti isə orta-ağırdır.

Gəncə şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

19.10.2011

Oktyabrın 19-da saat 19.00 radələrində Gəncə şəhəri ərazisində Samux rayon sakinləri İntiqam Məmmədovun idarə etdiyi "VAZ-21015" markalı və Pirəli Ələkbərovun idarə etdiyi "VAZ-21011" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə İ.Məmmədov hadisə yerində ölmüş, xəsarət almış P.Ələkbərov və sərnişini qızı 11 yaşlı Sevinc və həmyerlisi Nahidə İbrahimova isə xəstəxanaya yerləşdirilmiş, vəziyyətləri qənaətbəxşdir.

Yevlax şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

19.10.2011

Oktyabrın 19-da saat 22.30 radələrində Yevlax şəhəri ərazisində şəhər sakini Ağaəmi Dadaşov "VAZ-2106" markalı avtomaşını idarə edərkən onu maneəyə vurmuşdur. Nəticədə sürücü hadisə yerində ölmüş, xəsarət almış sərnişini - bacısı Həqiqət isə xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Səbail rayonu ərazisində yol-nəqliyyat hadisəsi

19.10.2011

Oktyabrın 19-da saat 07.20 radələrində Səbail rayonu ərazisində şəhər sakini Şirxan Məmmədov "VAZ-2106" markalı avtomaşını idarə edərkən Cəmilə Şıxəliyevanı vurmuşdur. Xəstəxanaya yerləşdirilmiş yaralı orada ölmüşdür.

Xırdalan şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

19.10.2011

Oktyabrın 19-da saat 07.40 radələrində Abşeron rayonunun Xırdalan şəhəri ərazisində Ağsu rayon sakini Mahir Vahabov "Fiat-Albea" markalı avtomaşını idarə edərkən onu ağaca vurmuşdur. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü orada ölmüşdür.

Lənkəran şəhəri ərazisində yol-nəqliyyat hadisəsi

19.10.2011

Oktyabrın 19-da saat 19.45 radələrində Lənkəran şəhəri ərazisində Masallı rayon sakini Pərvin Rəhimov "Volkswagen Touareg" markalı avtomaşını idarə edərkən şəhər sakini Namiq Kərimovu vurmuşdur. Zərərçəkən aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Qəbələ rayonunun Savalan kəndi ərazisində yol-nəqliyyat hadisəsi

19.10.2011

Oktyabrın 19-da saat 17.30 radələrində Qəbələ rayonunun Savalan kəndi ərazisində Ağdaş rayon sakini Tahir İsgəndərovun idarə etdiyi "VAZ-2106" markalı və Qəbələ şəhər sakini Oqtay Yusifovun idarə etdiyi "MACK" markalı avtomaşınlar toqquşmuşdur. Nəticədə "Jiquli"nin sürücüsü aldığı xəsarətdən hadisə yerində ölmüşdür.

Suraxanı rayonu ərazisində müəyyən edilməmiş avtomaşınla Bakı şəhər sakini E.Dadaşov vurulmuşdur

19.10.2011

Oktyabrın 19-da saat 21.45 radələrində Suraxanı rayonunun Hövsan qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla şəhər sakini Eldar Dadaşov vurulmuşdur. Xəsarət almış piyada xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Nəsimi rayonu ərazisində A.Baxşıyevanın evindən pul oğurlamış şəhər sakinləri S.Eyvazova və E.Mustafayeva tutulmuşlar

19.10.2011

Nəsimi RPİ 22-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 19-da rayon ərazisində yaşayan Aytən Baxşıyevanın evindən 6600 manat pul oğurlamış, şəhər sakinləri Səmaya Eyvazova və Esmira Mustafayeva tutulmuşlar.

Soyğunçuluq etdiyinə görə tutulmuş O.Əliyevin digər şəxslə birgə bir qrup vətəndaşın pullarını talamaları da müəyyən edilmişdir

19.10.2011

Soyğunçuluq etdiyinə görə oktyabrın 18-də Yasamal RPİ 28-ci PB əməkdaşları tərəfindən tutulmuş Orxan Əliyevin, Cəmil adlı şəxslə birgə oktyabrın 14-dən 17-dək olan müddət ərzində Bakı şəhər sakinləri Cavid Bağırovdan, Orxan Məmmədovdan, Vaqif İsmayılovdan və Vüqar Xəlilovdan ümumilikdə 200 manat pullarını açıq yolla talamaları da müəyyən edilmişdir.

Səbail rayonu ərazisində intihara cəhdin qarşısı alınmışdır

19.10.2011

Oktyabrın 18-də saat 22.00 radələrində Səbail rayonu ərazisində, Milli parkda, Ordubad rayon sakini 20 yaşlı Səbuhi Cəfərov intihar məqsədilə özünü dənizə atmaq istəyərkən Səbail rayonu 39-cu PB əməkdaşları tərəfindən onun bu hərəkətinin qarşısı alınmışdır.

Quba şəhəri ərazisində rayonun sakini R.Məcidov avtomaşını idarə edərkən onu aşırmışdır

19.10.2011

Oktyabrın 16-da saat 05.30 radələrində Quba şəhəri ərazisində rayonun Ağbil kənd sakini Ramin Məcidov "VAZ-2107" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Xəsarətlə xəstəxanaya yerləşdirilmiş sürücü oktyabrın 19-da orada ölmüşdür.

Qazax rayonunda qidadan zəhərlənmiş üç rayon sakinindən biri ölmüşdür

19.10.2011

Oktyabrın 19-da saat 11.00 radələrində Qazax rayonunun Daş Salahlı kənd sakinləri Məmməd Süleymanov, bacısı Şəhla, qardaşı Taleh evlərindən qidadan zəhərlənmə ilə xəstəxanaya gətirilmişlər. Taleh orada ölmüş, digərlərinin vəziyyətləri isə qənaətbəxşdir.

Kriminal hadisələrdən uzaq olmaq üçün hər kəs qanun sərhədlərindən kənara çıxmamalıdır. Çünki kriminal qanundan kənarda mövcud olur...

Sərvər Aslanov

O.M.