
Bu saatlarda Şəmkirdə avtomobil qəzası baş verdi
Maşının aşması iki nəfərin ölümü ilə nəticələndi
APA-nın Şəmkir Rayon Polis Şöbəsinə istinadən yaydığı məlumata görə, Azərbaycanın Şəmkir rayonunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Hadisə bu gün axşam saatlarında rayonun Kür qəsəbəsində qeydə alınıb. Rayon sakini Anar Nəcəfovun idarə etdiyi "Hyundai" markalı maşın yoldan çıxaraq aşıb. Nəticədə sürücü və maşında olan sərnişin Məhərrəm Hüseynov hadisə yerində ölüblər. Maşında olan digər sərnişin Elçin Nəcəfov isə xəsarətlə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.
O.M.
Digər xəbərlər