Azərbaycanda 18 oktyabrın kriminal xronikası

Azərbaycanda 18 oktyabrın kriminal xronikası

19 Oktyabr 2011 12:17
Bəyəndim (0) Bəyənmədim (0)
Dünən ölkəmizdə 56 cinayət hadisəsi baş verib

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, 18 oktyabr 2011-ci ildə Respublikanın daxili işlər orqanları tərəfindən 56 cinayət faktı qeydə alınmış, onların da 32-i "isti izlər"lə açılmışdır. Həmçinin ötən günlərdən bağlı qalmış 4 cinayətin üstü açılmışdır.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 6 nəfər tutularaq istintaq orqanlarına təhvil verilmişdir.

Respublikanın avtomobil yollarında 8 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 4 nəfər ölmüş, 10 nəfər isə yaralanmışdır.

6 yanğın hadisəsi qeydə alınmışdır.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 7, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilmişdir.

Cinayət törətdiklərinə görə 34 nəfər tutulmuşdur.

İmişli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi


18 oktyabr 2011

Oktyabrın 18-də saat 15.00 radələrində İmişli şəhəri ərazisində, şəhər sakini Təyyar Xudiyevin idarə etdiyi "Mercedes" markalı və Yalavac kənd sakini Əhməd Muradovun idarə etdiyi "VAZ-2106" markalı avtomaşınlar toqquşmuşdur. Xəsarət almış hər 2 sürücü və T.Xudiyevin sərnişini İmişli şəhər sakini Sahib Quliyev xəstəxanaya yerləşdirilmişlər. Ə.Muradov orada ölmüş, digərlərinin vəziyyətləri isə orta-ağırdır.

Səbail rayonunun Bibi-Heybət qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi


18 oktyabr 2011

Oktyabrın 18-də saat 04.00 radələrində Səbail rayonunun Bibi-Heybət qəsəbəsi ərazisində, qəsəbə sakini Asim Məmmədov "Mercedes" markalı avtomaşını idarə edərkən onu aşırmışdır. Nəticədə A.Məmmədov hadisə yerində ölmüşdür.

Binəqədi rayonu ərazisində yol-nəqliyyat hadisəsi


18 oktyabr 2011

Oktyabrın 18-də saat 12.25 radələrində Binəqədi rayonu ərazisində Abşeron rayon sakini Vasif Məmmədov "Daewoo" markalı avtomaşını idarə edərkən şəhər sakini Həsən İbrahimovu vurmuşdur. Xəsarət almış H.İbrahimov xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Oktybarın 18-də saat 06.30 radələrində Binəqədi rayonu ərazisində Sabirabad rayon sakini Elçin Quliyev "Daewoo" markalı avtomaşını idarə edərkən şəhər sakini Rizvan Qasımovu vurmuşdur. Xəsarət almış R.Qasımov xəstəxanaya aparılarkən yolda ölmüşdür.

Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi


18 oktyabr 2011

Oktyabrın 18-də saat 17.55 radələrində Sabunçu rayonunun Nardaran qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomaşınla Ucar rayon sakini Məhərrəm Cəbrayılov vururlmuşdur. Xəsarət almış M.Cəbrayılov xəstəxanaya yerləşdirilmiş, vəziyyəti qənaətbəxşdir.

Saatlı rayon sakini Teymur Süleymanov 7,6 kq həşiş götürülmüşdür


18 oktyabr 2011

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində Saatlı rayon sakini Teymur Süleymanov 7 kiloqram 60 qram həşiş götürülmüşdür.

Şahin Məlikova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Qorxmaz Bəşirov, habelə digər iştirakçı Rəşad Babayev tutulmuşlar


18 oktyabr 2011

Binəqədi RPİ 7-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 16-da Şahin Məlikova bıçaqla xəsarət yetirib hadisə yerindən qaçmış Qorxmaz Bəşirov, habelə digər iştirakçı Rəşad Babayev tutulmuşlar.

Quldurluq etmiş Bakı şəhər sakini Əzizağa Şərifov tutulmuşdur


18 oktyabr 2011

Xətai RPİ 34-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 15-də Gülnarə İsgəndərovaya qarşı quldurluq etmiş şəxslərdən biri - şəhər sakini Əzizağa Şərifov tutulmuşdur.

Soyğunçuluq etmiş Bakı şəhər sakini Riyad Məmmədov tutulmuşdur


18 oktyabr 2011

Səbail RPİ 9-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 15-də Nərminə Feyzullayevaya qarşı soyğunçuluq etmiş şəhər sakini Riyad Məmmədov tutulmuşdur.

Yaşayış binalarının liftlərinin hissələrini sökərək oğurlamış bakı şəhər sakini Vaqif Cəfərov tutulmuşdur


18 oktyabr 2011

Suraxanı RPİ 33-cü PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 18-də Yeni Günəşli qəsəbəsindəki yaşayış binalarının liftlərinin əyləc dolaqlarını sökərək oğurlamış şəhər sakini, əvvəllər məhkum olunmuş Vaqif Cəfərov tutulmuşdur.

Soyğunçuluq etmiş Bakı şəhər sakini Əliyev Orxan tutulmuşdur


18 oktyabr 2011

Yasamal RPİ 28-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 17-də Asiman Abdullayevə qarşı soyğunçuluq etmiş Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş 1982-ci il təv. Əliyev Orxan Eldar oğlu tutulmuşdur. Ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun Cəmil adlı şəxslə birgə oktyabr ayının 7-dən 15-dək olan müddət ərzində Bakı şəhər sakinləri Yasin Əliyevdən, Müslüm Tağıyevdən, İlkin Əliflidən, Zöhrab Həbibovdan, Ayəddin Məmmədovdan və Nurlan İsmayılovdan ümumilikdə 300 manat pullarını açıq yolla talamaları müəyyən edilmişdir.

4 baş qoyun oğurlamış Gəgəli kənd sakini Zahid Ağayev və Şamaxı rayon sakini Cəlal Məlikov tutulmuşlar


18 oktyabr 2011

Ağsu RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 15-də Ağayev Böyükbəyə məxsus 4 baş qoyunu oğurlamış Gəgəli kənd sakini, əvvəllər məhkum olunmuş Zahid Ağayev və Şamaxı rayon sakini Cəlal Məlikov tutulmuşlar.

Pul və mobil telefon oğurlamış Astara rayon Kaklos kənd sakini Samir Cahangirov tutulmuşdu


18 oktyabr 2011

Astara RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 27-də Elnur Məmmədova məxsus 320 manat pul və mobil telefonu oğurlamış Kaklos kənd sakini Samir Cahangirov tutulmuşdur.

Sumqayıt şəhərində yaşayan Aydan Məсidli dəm qazından zəhərlənmişdir


18 oktyabr 2011

Oktyabrın 18-də Sumqayıt şəhərində yaşayan Aydan Məсidli evindən dəm qazından zəhərlənmə ilə xəstəxanaya gətirilmişdir. Vəziyyəti orta-ağırdır.

Çalışın kriminal məlumatların mövzusu yox, oxucusu olasınız...

Sərvər Aslanov

O.M.