Bakıda marşrut avtobusları qəza törətdilər

Bakıda marşrut avtobusları qəza törətdilər

19 Oktyabr 2011 11:07
Bəyəndim (0) Bəyənmədim (0)
Ölənlər var

Bakı şəhər Baş Polis İdarəsindən verilən məlumata görə, hadisə oktyabrın 18-i saat 06:30 radələrində Azadlıq prospektində qeydə alınıb. Sabirabad rayon sakini Elçin Quliyev idarə etdiyi "Daewoo" markalı 14 saylı xətt avtobusu ilə Bakı şəhər sakini Rizvan Qasımovu vurub. Nəticədə piyada aldığı xəsarətdən dünyasını dəyişib.

Digər hadisə isə paytaxtın S. Axundov küçəsində qeydə alınıb. Abşeron rayon sakini Vasif Məmmədov idarə etdiyi "Daewoo" markalı avtomobillə Bakı şəhər sakini Həsən İbrahimovu vurub. Piyada xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Hədsiz sürət yenə də can aldı...

Hafiz Əhmədov

O.M.