Xudatda "VAZ-2107" aşdı, sürücü öldü

Xudatda "VAZ-2107" aşdı, sürücü öldü

19 Oktyabr 2011 11:03
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı-Quba-Rusiya sərhəd yolunun 174-cü kilometrliyində, Xaçmaz rayonunun Xudat şəhəri ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və tədqiqat şöbəsinin müstəntiqi Arzu Əliyevin verdiyi məlumata görə, Quba rayon sakini 30 yaşlı Ramin Nəsrulla oğlu Məcidovun idarə etdiyi "VAZ-2107" markalı 40 BY 794 dövlət nömrə nişanlı avtomobil qəflətən aşıb. Nəticədə sürücü əzilərək xəsarət alıb. Ağır vəziyyətdə Quba rayon Mərkəzi Xəstəxanasına çatdırılan Ramin Məcidovun həyatını xilas etmək mümkün olmayıb. İlkin ehtimala görə, qəzaya səbəb yüksək sürət və sürücünün ehtiyatsızlığı olub. Faktla bağlı araşdırma aparılır.

Vaxtında əyləci basmayan çox uzaqlara gedər...

Sərvər Aslanov

O.M.