
Toydan çıxan İmişli sakini qəza törədib
İmişli rayon polis şöbəsindən verilən məlumata görə, oktyabrın 18-də saat 17.00 radələrində İmişli rayonu Heydər Əliyev prospektində rayonun Yalavac kənd sakini, 1960-cı il təvəllüdlü Muradov Əhməd Murad oğlu toy mərasimindən çıxaraq idarə etdiyi VAZ 2106 markalı avtomobillə əks istiqamətdə hərəkət edən Mersedes markalı avtomobillə toqquşub. Hadisə nəticəsində VAZ 2106 markalı avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Mersedes markalı avtomobildə olan 2 nəfər, 1965-ci il təvəllüdlü Xudiyev Təyyar Sahib oğlu və 1973-cü il təvəllüdlü Quliyev Sahib Əlizadə oğlu müxtəlif bədən xəsarətləri ilə İmişli rayon xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.
Qəzadan yalnız təhlükəsizliyin arxasında gizlənmək olar...
Sərvər Aslanov
O.M.