
Ağdaşda orta məktəb müəlliminin üzərindən narkotik tapılıb
Müəllim idmanı tədris edirmiş
Ağdaş rayonu Yenicə kənd orta məktəbinin bədən tərbiyəsi müəllimi 1968-ci il təvəllüdlü Şıxəliyev Kamran Yaqub oğlu polis tərəfindən şübhəli şəxs qismində saxlanılıb. Üzərində baxış keçirilən zaman iki kibrit qutusunda yerləşdirilmiş 8, 39 qram qurudulmuş marixuana tapılıb. K. Şıxəliyevin 22 ildir müəllim işlədiyi bildirilir. Faktla bağlı Ağdaş rayon Polis Şöbəsində araşdırma aparılır.
Sağlam bədəndə hər zaman sağlam ruh olmurmuş...
Hafiz Əhmədov
O.M.
Digər xəbərlər