Vyana uşaq evində körpələri zorlayırdılar

Vyana uşaq evində körpələri zorlayırdılar

18 Oktyabr 2011 10:15
Bəyəndim (0) Bəyənmədim (0)
Bəzən 7 kişi müəllim eyni vaxtda bir qıza təcavüz edirdi

Avstriyanın Kurier qəzeti bu günlərdə silsilə məqalə nəşr edib. Məqalələrdə 70-ci illərdən başlayaraq Schloss Wilheminenberg adlı Vyana Dövlət Uşaq evində körpələrin cinsi və fiziki istismara məruz qaldıqları barədə danılmaz faktlar yer alır. Uşaq evinin sakini olmuş 30 şəxs etiraf edir ki, mütəmadi surətdə kişi müəllimləri tərəfindən zorlanırdılar. Artıq 47 və 49 yaşlarına çatmış 2 bacı qeyd edir ki, priyutda yaşayarkən tez-tez qrup şəklində cinsi təcavüzə məruz qalırdılar. Hətta bəzən təcavüzkar müəllimlərin sayı 7-yə çatırdı. Vyana şəhər bələdiyyəsi artıq bacılara 25 min avro təzminat ödəyib. Lakin günahkarların cəzalandırılması Avstriya qanunlarına görə mümkün deyil. Əvvəla ona görə ki, cinayət işinin müddəti bitib. İkincisi, canilərin çoxu dünyasını dəyişib.

Ehtiras heyvanlara, şüur mələklərə, hər ikisi eyni vaxtda insana verilib. Odur ki, heyvan xislətli insanlar da var, mələk xislətlilər də...

Hafiz Əhmədov

O.M.