
Qəddafinin gizli morqu tapıldı
Liviyalı müxaliflər Tripolidəki xəstəxanaların birində Qəddafi dönəminə aid gizli bir morq tapdı. Müxaliflərin dünən xəstəxanada kilid altında tutulan bölməyə girdikləri, gizli morq tapdıqları, burdan da biri uşaq olmaqla 17 nəfərin qalıqlarının tapdıqları müəyyən olundu. Çox güman ki, burada öldürülənlər Müəmmər Qəddafi rejiminə qarşı çıxanlar olublar.
Xəstəxana həkimləri isə bildiriblər ki, bu bölümün başqa bir giriş-çıxışı var. Və personal buraya gəlib-gedənlərlə heç vaxt dialoqa girməyib. Qurbanlardan bəzilərinin başında güllə deşiyi olduğu, bəzilərinin isə uzun müddət burada yaşadığı aydınlaşdı.
İnsan haqları təşkilatlarına görə, Müəmmərin 42 illik hakimiyyəti dövründə ölkədə minlərlə uşaq və böyük qeybə çəkilib.
Daş qəlbli insanları, neylərdin İlahi?!
Günel Həbib
O.M.