Azərbaycanlı ofisiant Moskvada 2 nəfəri bıçaqladı

Azərbaycanlı ofisiant Moskvada 2 nəfəri bıçaqladı

17 Oktyabr 2011 11:30
Bəyəndim (0) Bəyənmədim (0)
Münaqişənin səbəbləri hələlik bəlli deyil

Şənbə günü Moskvanın Bratislava küçəsində yerləşən kafelərin birində müştərilərlə ofisiant arasında münaqişə yarandı. Nəticədə, adı hələ bəlli olmayan azərbaycanlı ofisiant 29 yaşlı Nijeqorod və 34 yaşlı Tatarıstan sakinlərini bıçaqlayıb qaçdı. İnterfax.ru xəbər agentliyinin yerli polisə istinadən verdiyi məlumatda bildirilir ki, şənbə günü 05:00 radələrində çoxsaylı bıçaq yaraları ilə Travmatologiya xəstəxanasına 2 yaralı yerləşdirilib. Onlardan biri dünyasını dəyişib. Tatarıstanlı yaralının ilkin ifadəsində bildirilir ki, azərbaycanlı olduğu təxmin edilən ofisiantla mübahisə ediblər və nəticədə bıçaqlanıblar. Faktla bağlı cinayət işi açılıb.

Cinayətkar azərbaycanlı olmaya da bilər. Bu, bir ehtimaldır. Lakin bir şey dəqiqdir ki, günah çox vaxt öləndə olur...

Hafiz Əhmədov

O.M.