Polis əməkdaşı özünü güllələyib

Polis əməkdaşı özünü güllələyib

17 Oktyabr 2011 10:01
Bəyəndim (0) Bəyənmədim (0)

Biləsuvar rayonunda polis əməkdaşı intihar edib. Bu barədə APA-ya Rayon Polis Şöbəsindən bildirilib. Hadisə oktyabrın 16-da rayonun Heydər Əliyev küçəsi, dalan 2, ev 17 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1988-ci il təvəllüdlü Orxan Rasim oğlu Abbasov yaşadığı evdə özünü güllələyib. 23 yaşlı polisin intihar etməsinin səbəbləri hələlik məlum deyil. Faktla bağlı Biləsuvar Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir. Qeyd edək ki, intihar edən O. Abbasov Biləsuvar Rayon Polis Şöbəsinin rəis müavini Rasim Abbasovun oğludur. O. Abbasov özü də polis əməkdaşı olub.

İntihar heç bir problemin həlli yolu deyil.

Tofiq Əliyev

O.M.