Bakıda 46 yaşlı kişi arvadını baltaladı

Bakıda 46 yaşlı kişi arvadını baltaladı

17 Oktyabr 2011 09:00
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Bakıda dəhşətli qətl törədilib. Rayon sakini, 46 yaşlı Əsədulla Quliyev ailə münaqişəsi zəminində həyat yoldaşı, 48 yaşlı Pərvanə Qəribovanı baltalayıb. P. Qəribova başından aldığı xəsarətdən dünyasını dəyişib. Hadisəni törədən Ə. Quliyev hadisə yerindən qaçıb. Hazırda onun tutularaq məsuliyyətə cəlb edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir. Baş vermiş qətl hadisəsi ilə bağlı Xətai Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb.

İnsanlar səhvlərini xoşbəxt ikən deyil, ancaq bədbəxt ikən başa düşər.

Tofiq Əliyev

O.M.