Bakıda xüsusi amansızlıqla qətl törədildi

Bakıda xüsusi amansızlıqla qətl törədildi

14 Oktyabr 2011 16:49
Bəyəndim (0) Bəyənmədim (0)

Bakıda 55 yaşlı qadını xüsusi qəddarlıqla öldürərək evini qarət edən şəxslər həbs edilib. Bakı şəhər Baş Polis İdarəsi, Binəqədi rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 5-ci Polis Bölməsi əməkdaşlarının birgə həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində qətli törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri Cavid Əhmədov və Səbuhi Kamalov tutulublar. İlkin dindirilmə zamanı onlar oktyabrın 13-də Binəqədi rayonunun A. Gəraybəyli küçəsi, 37 ünvanında yaşayan, 55 yaşlı Pirdas Sunqayeva yaşadığı evdə xüsusi amansızlıqla qətlə yetirdiklərini etiraf ediblər. Onlar qadını öldürdükdən sonra evdən külli miqdarda pul və qızıl-zinət əşyaları götürüblər. Onlar oğurladıqları qızılları Mərkəzi Univermaqda satarkən univermağın təhlükəsizlik kameralarına düşüblər. Həmin video-görüntülər sübut kimi cinayət işinin materiallarına əlavə olunub. Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.

Tanrının verdiyi canı yalnız Tanrı ala bilər. Əks halda bu ən böyük cinayət və günahdır.

Tofiq Əliyev

O.M.