Qəbiristanlıqda qətl törədilib

Qəbiristanlıqda qətl törədilib

14 Oktyabr 2011 10:00
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan paytaxtında daha bir dəhşətli qətl törədilib. Sabunçu Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə rayonun Zabrat qəsəbəsində yerləşən qəbiristanlıqda qeydə alınıb. Lənkəran sakini, 28 yaşlı Elman Nəzər oğlu Hüseynov Zabrat qəsəbə sakini Həmid Niftiyevi çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib. Hadisənin münaqişə zəminində baş verdiyi bildirilir. Həyata keçirilən tədbirlər nəticəsində qətli törədən E. Hüseynov saxlanılıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.

Birisi ilə mübahisə edəndə çalış ki, sözlərin yumşaq olsun, dəlillərin möhkəm. Rəqibini susdurmağa yox, inandırmağa cəhd et.

Tofiq Əliyev

O.M.