
Quldurluq etmiş şəxs tutulub
Nərimanov rayonunun Atatürk prospektində naməlum şəxs şəhər sakini Elvin Səfərliyə məxsus "Range-Rover" markalı avtomaşının şüşəsini sındırıb, içərisində qol saatı olan çantanı götürüb qaçarkən onu tutmağa cəhd göstərmiş E.Səfərliyə bıçaqla xəsarət yetirib. Nərimanov RPİ 16-cı PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş şəhər sakini Xəyyam Əlizadə tutulub.
Asan yolla pul qazanmaq istədi, daha da çətinə düşdü.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər