
Rusiya vətəndaşına qarşı dələduzluq etmiş şəxs tutulub
"Binə" ticarət mərkəzində naməlum şəxs Rusiya vətəndaşı Tatyana Safyanovanı aldadaraq 2000 rus rublu və geyim əşyalarını alaraq qaytarmayıb. Qaradağ Rayon Polis İdarəsinin 10-cu Polis Bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində dələduzluqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ehram Kəlbiyev oktyabrın 11-də tutulub.
Qanuna yaxın olun ki, cinayətdən uzaq olasınız.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər