Həyat yoldaşını qətlə yetirdi

Həyat yoldaşını qətlə yetirdi

28 İyul 2017 14:48
Bəyəndim (0) Bəyənmədim (0)

Ağstafa rayonunda qətl hadisəsi baş verib. Apa -nın qərb bürosunun verdiyi məlumata göra, hadisə rayonun Qırlı kəndində qeydə alınıb. Kənd sakini, 1978-ci il təvəllüdlüArzu Namazov ailə münaqişəsi zəminində həyat yoldaşı, 1982-ci il təvəllüdlü XəyaləŞahbazovanı bıçaqlayaraq qətlə yetirib. A. Namazov polis əməkdaşları tərəfindən saxlanılıb. Məlumata görə, ailənin iki övladı var.

Faktla bağlı Ağstafa rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

Mediainfo.az