Polkovnikə 5 il həbs istənildi

Polkovnikə 5 il həbs istənildi

28 İyul 2017 14:15
Bəyəndim (0) Bəyənmədim (0)

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçən prosesdə məhkəmə istintaqı tamamlanlb.

Dövlət ittihamçısı çıxış edərək M.Əsgərovun 5 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Məhkəmə prosesi avqustun 4-də davam etdiriləcək.

Mediainfo.az