
Ər 23 yaşlı arvadını bıçaqladı - Vəziyyəti ağırdır
Bakıda bıçaqlanma hadisəsi baş verib.
Lent.az xəbər verir ki, Maştağa qəsəbəsi Albalılaq yaşayış massivində 1989-cu il təvəllüdlü Quliyev Kamran Əlisa oğlu həyat yoldaşı, 1994-cü ildə anadan olmuş Rəhimova Fərqanə Arif qızına çoxsaylı bıçaq zərbələri endirib. 23 yaşlı qadın ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər