Məhbus oğluna telefon keçirmək istəyən qadın saxlanılıb

Məhbus oğluna telefon keçirmək istəyən qadın saxlanılıb

18 İyul 2017 15:36
Bəyəndim (0) Bəyənmədim (0)

Cəzaçəkmə müəssisəsinə mobil telefon keçirilməsinin qarşısı alınıb.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Baş idarə və 11 saylı cəzaçəkmə müəssisəsinin əməliyyat aparatlarının birgə həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müəssisəyə mobil telefon aparatının keçirilməsi cəhdinin qarşısı alınıb.

Belə ki, Cinayət Məcəlləsinin 181.2.5 -ci maddəsinə əsasən 9 il müddətinə azadlıqdan məhrum edilmiş məhkum Sərxanov Məmməd Akif oğlu ilə qısamüddətli görüşə gəlmiş anası Bakı şəhər Binəqədi rayon sakini Sərxanova Gülnar İbarhim qızı tərəfindən gətirilmiş sovqat və əşyalara baxış keçirilən zaman siqaret qutusunun içində xüsusi üsulla gizlədilmiş bir danışıq kartı və bir qara rəngli "Samsung" markalı mobil telefon aparatı aşkar edilərək götürülüb.

Fakt üzrə toplanılmış materiallar hüquqi qiymət verilməsi məqsədilə Ədliyyə Nazirliyi İstintaq idarəsinə göndərilib.

Mediainfo.az