
Naməlum şəxs 20 yaşlı tələbəyə çoxsaylı bıçaq xəsarətləri yetirib
Memarlıq və İnşaat Universitetində bıçaqlanma hadisəsi baş verib. Yasamal rayon Polis İdarəsindən verilən məlumata görə, universitetin 20 yaşlı tələbəsi Elvin Ramazanov ölümcül vəziyyətdə bıçaqlanıb. Naməlum şəxs onun ürək nahiyəsindən və qolundan çoxsaylı bıçaq xəsarətləri yetirib. Yaralı ağır vəziyyətdə 1 saylı Şəhər Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Bıçaq adi məişət əşyası olsa da, bəziləri ondan qeyri-dinc məqsədlərlə istifadə edir.
Fərid Qurbanov
O.M.
Digər xəbərlər