Gənc oğlan qarətçilər tərəfindən bıçaqlanıb

Gənc oğlan qarətçilər tərəfindən bıçaqlanıb

11 Oktyabr 2011 10:21
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Bakının Binəqədi rayonunda bıçaqlanma hadisəsi baş verib. Paytaxt sakini 29 yaşlı Məmmədov Afiq Loğman oğlu tanımadığı şəxs tərəfindən bıçaqlanıb. Məmmədovun yaxınlarının dediyinə görə, ona tanımadığı şəxslər hücum edib və mübahisə yaranıb. Məlumata görə, Afiq Məmmədov işdən çıxıb evinə gələrkən tanımadığı bir şəxs ondan telefonunu istəyib. Afiqin etiraz etməsi isə tərəflər arasında mübahisə yaranmasına səbəb olub. Zərərçəkmiş həmin mübahisə zəminində bıçaq xəsarəti alıb. Afiq Məməmmədov təcili olaraq 1 saylı xəstəxanaya çatdırılıb. Həkim Kamil İbişov zərərçəkmişin budunun arxa yuxarı hissəsində bir bıçaq zərbəsi olduğunu, yaralının ambulator müalicəyə göndərildiyini deyib. Qanlı hadisənin hansı şəraitdə meydana gəldiyini Binəqədi polisi araşdırır. Həkim müayinəsindən keçdikdən sonra vəziyyəti qənaətbəxş hesab olunan Afiq Məmmədov ifadəsinin alınması üçün müvafiq polis bölməsinə aparılıb. Faktın kim tərəfindən törədilməsi istiqamətində də aparılan araşdırmalar davam edir və artıq cinayət işi başlanılıb.

Qanuna yaxın olun ki, cinayətdən uzaq olasınız.

Fərid Qurbanov

O.M.