23 yaşlı məcburi köçkün həyat yoldaşını güllələyib

23 yaşlı məcburi köçkün həyat yoldaşını güllələyib

11 Oktyabr 2011 10:06
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Samux rayonunda qətl törədilib. Bu barədə APA-ya Rayon Prokurorluğundan bildirilib. Hadisə rayonun Qarasaqqal adlanan ərazisində yerləşən qışlaqda baş verib. Kəlbəcər rayonundan məcburi köçkün olan, 23 yaşlı Bəxtiyar Dağbəyi oğlu Abbasov həyat yoldaşı, 24 yaşlı Gülnar Zabir qızı Abbasovanı güllələyib. Başından güllə yarası alan G. Abbasova yerindəcə ölüb. Hadisəni törədən B. Abbasov saxlanılıb. O, hadisəni qısqanclıq zəminində törətdiyini bildirib. Faktla bağlı cinayət işi başlanıb, araşdırma gedir.

İnsanlar səhvlərini xoşbəxt ikən deyil, ancaq bədbəxt ikən başa düşər.

Tofiq Əliyev

O.M.