
Mağazadan oğurluğa cəhd göstərmiş şəxs tutulub
DİN Baş Mühafizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 8-də Lənkəran şəhəri ərazisində, şəhər sakini Anar İsayevə məxsus mağazadan oğurluğa cəhd göstərmiş Liman şəhər sakini Valeh Hüseynov saxlanılıb. Saxlanılan şəxs sonrakı araşdırmalar aparılması üçün Lənkəran ŞRPŞ-nə təhvil verilib.
Oğru doğru qarşısında aciz qaldı.
Tofiq Əliyev
O.M.
Digər xəbərlər