Bakıda 21 yaşlı gənc anasına 50 bıçaq zərbəsi endirib

Bakıda 21 yaşlı gənc anasına 50 bıçaq zərbəsi endirib

10 Oktyabr 2011 11:37
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycan paytaxtında daha bir dəhşətli qətl törədilib. Bu barədə APA-ya Sabunçu rayon Polis İdarəsindən bildirilib. Hadisə rayonun Nardaran qəsəbəsi, Ş. Tusi küçəsi, ev 6 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1990-cı il təvəllüdlü Akif Zeynalabdin oğlu Hüseynov ailə münaqişəsi zəminində anası, 1960-cı il təvəllüdlü Əminə Məhəmməd qızı Hüseynovanı bıçaqlayıb. 50 bıçaq xəsarəti alan Ə. Hüseynova yerindəcə dünyasını dəyişib. Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən A. Hüseynov saxlanılıb. Faktla bağlı cinayət işi başlanıb, istintaq gedir.

Ona həyat verən anasının həyatına son qoydu.

Tofiq Əliyev

O.M.