Etimad qazanaraq çoxsaylı dələduzluqlar etmiş şəxs saxlanılıb

Etimad qazanaraq çoxsaylı dələduzluqlar etmiş şəxs saxlanılıb

7 Oktyabr 2011 13:17
Bəyəndim (0) Bəyənmədim (0)

Dələduzluq etdiyinə görə sentyabrın 8-də Daşkəsən RPŞ əməkdaşları tərəfindən tutulmuş Əflatun Əliyevin ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari ilin avqust ayı ərzində Oğuz rayon sakinləri Azər Sadovun, Qüdrət Əliyevin, Tehran Umarovun və Qorxmaz Əliyevin etimadlarını qazanaraq müvafiq olaraq onlardan 1200, 300, 1800 və 6500 manat pul alması da müəyyən edilib.

Habelə Ə.Əliyevin Oğuz rayon sakinləri Əziz Usubovun, Şahid Mikayılovun və İkram Mikayılovun etimadlarını qazanaraq müvafiq olaraq onlardan 9, 13 və 13 baş qoyun, eləcə də Asim Eyyubovdan 177 manat dəyərində tütün məmulatı alması da müəyyən edilib.

Qanuna yaxın olun ki, cinayətdən uzaq olasınız.

Tofiq Əliyev

O.M.