Bakıda bıçaqlanma qeydə alınıb

Bakıda bıçaqlanma qeydə alınıb

7 Oktyabr 2011 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

Ötən gecə Səbail rayonu Bayıl qəsəbəsi Arif İsmayılov küçəsində bıçaqlanma hadisəsi baş verib. Hadisə zamanı 1974-cü il təvəllüdlü Muradov Ruslan Xanhəsən oğlu naməlum şəraitdə bıçaq xəsarəti alıb. Yaralı hadisə yerinə çağırılmış təcili tibbi yardım maşını ilə bir saylı şəhər xəstəxanasına çatdırılıb.

Həkim cərrah Anar Namazov zərərçəkmişin daxilə keçən zərbə ilə bir bıçaq xəsarəti aldığını deyib.

Hadisə barədə məlumat daxil olan kimi Səbail rayon polis idarəsi və 8-ci polis idarəsinin əməkdaşları əraziyə yollanıblar. İlkin araşdırmalardan sonra məlum olub ki, zərərçəkən hadisədən əvvəl yaxınlıqdakı kafelərin birində tanışı ilə birlikdə spirtli içki qəbul edib. Bundan sonra isə tərəflər arasında yaranan mübahisə qanlı hadisənin baş verməsinə səbəb olub.

Hazırda Səbail rayon polis idarəsinin əməliyyatçıları Ruslan Muradovu bıçaqlayan şəxsin axtarışlarını davam etdirirlər.

Birisi ilə mübahisə edəndə çalış ki, sözlərin yumşaq olsun, dəlillərin möhkəm. Rəqibini susdurmağa yox, inandırmağa cəhd et.

Fərid Qurbanov

O.M.