Rusiya Mərkəzi Bankından 11 milyon rubl oğurlanıb

Rusiya Mərkəzi Bankından 11 milyon rubl oğurlanıb

30 May 2017 16:24
Bəyəndim (0) Bəyənmədim (0)

Moskva polisi Rusiya Mərkəzi Bankının şəhərin Lenin prospektində yerləşən binasından 11 milyon rubl nağd pulu oğurlamış şəxsi axtarır.

Virtualaz.org yerli mənbələrə istinadən xəbər verir ki, pullar binanın pəncərəsindən çıxarılıb. Oğurluq hadisəsinin may ayının 26-dan 29-na qədər olan dövrdə baş verdiyi ehtimal olunur.

Fakt üzrə cinayət işi başlanıb.

Mediainfo.az