
Astarada məktəbli 24 yaşlı gənci bıçaqlayıb
Astarada 24 yaşlı gənci bıçaqlayan şəxs saxlanılıb.
Apa-nın cənub bürosunun verdiyi məlumata görə, hadisəni törətməkdə Astara sakini, 16 yaşlı Əli Məmmədzadə şübhəli bilinir.
Ə. Məmmədzadə Astara Dənizkənarı Park Bulvarda ofisiant işləyən Murad Qulamzadə ilə mübahisə edib. Ə. Məmmədzadə üzərində gəzdirdiyi bıçaqla ona bir neçə zərbə endirib.
Astara Rayon Polis Şöbəsinin əməkdaşları 16 yaşlı məktəblini "isti izlər"lə saxlayıblar.
Faktla bağlı araşdırma aparılır.
Mediainfo.az
Digər xəbərlər