Lerik sakini çomaqla döyülərək öldürüldü

Lerik sakini çomaqla döyülərək öldürüldü

5 Oktyabr 2011 16:15
Bəyəndim (0) Bəyənmədim (0)

Lerik rayonunun Sors kəndi ərazisindən, kənd sakini Elnur Nağıyev kəllə-beyin xəsarəti ilə xəstəxanaya gətirilmiş və 7 saatdan sonra orada ölüb. İlkin araşdırmalar zamanı oktyabrın 2-də Arta kəndi ərazisində Elnur Nağıyev ilə Yardımlı rayon sakini, qohumu Tural Mehdiyev arasında şəxsi münasibətlər zəminində mübahisə baş verməsi və bu zaman Turalın çomaqla Elnura xəsarət yetirməsi müəyyən edilib. Lerik RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Mehdiyev tutulub.

Birisi ilə mübahisə edəndə çalış ki, sözlərin yumşaq olsun, dəlillərin möhkəm. Rəqibini susdurmağa yox, inandırmağa cəhd et.

Tofiq Əliyev

O.M.