
Daşkəsəndə qadını soyan "kişilər" tutuldu
Daşkəsən rayonunda quldurluq hadisəsinin üstü açılıb.
Daşkəsən RPŞ əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Dəstəfur kənd sakini Rahib Əsədov və Gəncə şəhər sakini Arzu İslamzadə tutulublar.
Onlar bu il fevralın 14-də rayon sakini olan bir qadına bıçaqla hədə-qorxu gəliblər, onun qızıl üzüyünü və 53 manatını alıblar.
Dəstə üzvlərinin əvvəllər məhkum olunduqları bildirilir.
Faktla bağlı cinayət işi başlanıb.
Mediainfo.az
Digər xəbərlər